Madrid “Real”ının hücumçusu Karlos Espi cari mövsümdə ilk dəfə əsas komandanın start heyətində meydana çıxa bilər.
QOL.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, baş məşqçi Joze Mourinyo 21 yaşlı futbolçunun məşqlərdəki çıxışından razı qalıb. Buna görə də mütəxəssis ona qarşıdakı oyunlardan birində şans verməyi planlaşdırır.
Bildirilir ki, Espi ya İspaniya çempionatında “Rasinq”lə, ya da UEFA Çempionlar Liqasının əsas mərhələsində Yunanıstanda AEK-ə qarşı keçiriləcək səfər matçında start heyətində yer ala bilər.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi