"Səbail"in kapitanı məyusluğunu bölüşdü

"Səbail"in kapitanı məyusluğunu bölüşdü
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 12:03 240
-  A +

“Səbail”in futbolçusu Slavik Alxasov Azərbaycan kubokunun II təsnifat mərhələsində “Zirə”yə uduzduqları (2:2, penaltilər seriyasında 2:3) oyunu şərh edib.

Matçdan sonra QOL.az saytına danışan müdafiəçi qarşılaşma haqda fikirlərini bölüşüb, penaltilər seriyasında məğlub olmalarına münasibət bildirib.

Alxasov oyunun gərgin keçdiyini və hər iki komandanın çoxsaylı hücumlar etdiyini vurğulayıb: “Gözlədiyimizdən də gərgin keçdi. Yaxşı oyun alındı. Həm “Zirə”, həm də bizim tərəfdən çoxsaylı hücum oldu. Penaltilərdə uduzmaq istəməzdik. Amma penaltilər lotereya kimidir. Qismətimizdə bu imiş, alınmadı. “Zirə”ni də təbrik edirik”.

O, həm kubokun, həm də Birinci Liqanın “Səbail” üçün vacib olduğunu qeyd edib: “Bizim üçün hər bir oyun vacibdir. İstər kubok, istərsə də çempionat olsun. Kubokda mərhələni keçsəydik, yaxşı olardı, amma alınmadı. Hər iki turnir bizim üçün vacib idi”.

Kapitan penalti qaçırdığı üçün məyus olduğunu da bildirib: “Penaltilərə əvvəlcədən hazırlaşmamışdıq. Penalti qaçırdığıma görə məyusam. Həm də kapitan kimi… Nə etmək olar? Böyük oyunçular da penaltiləri qaçırırlar. Xeyirlisi belə imiş”.

Sevil Heydərova

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner