Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”

Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 15:38 374
-  A +

“Məlum məsələdir ki, biz ikinci nömrə ilə oynayırdıq. “Zirə” çox güclü komandadır”. 

QOL.az-a açıqlamasında bu sözləri “Səbail”in qapıçısı Mehdi Cənnətov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Zirə”yə qarşı keçirilən oyunu (2:2, penaltilər seriyasında 2:3) şərh edərkən deyib. 

O, güclü rəqibə qarşı sona qədər mübarizə apardıqlarını bildirib: “Zirə” hər zaman avrokuboklar uğrunda mübarizə aparır. Komandanın səviyyəsi məlumdur. Buna baxmayaraq, uşaqlar xarakter göstərdilər. İki dəfə hesabda geri düşsək də, bərabərliyi yaxaladıq. Təəssüf ki, yekunda penaltilər seriyasında uduzduq”. 

“Ruan Renato penaltini yerinə yetirərkən komanda yoldaşınız sizə bir qədər gözləməyi məshələt gördü. Demək olar ki, bu məqam qurtarışınızda böyük rol oynadı?” sualını Cənnətov belə cavablandırıb: “Prinsipcə, Ruanın necə zərbə endirdiyini bilirdim. Əslində mən özüm üçün bir künc seçməmişdim. Lakin Renatonun zərbəsi zamanı bir qədər gözlədim”. 

Təcrübəli qolkiper “Səbail”in inkişafda olduğunu söyləyib: “Komandamız yeni formalaşır. Heyətimizdə yaxşı futbolçular var. Uğur qazanmaq üçün daha da inkişaf etməliyik. Düşünürəm ki, zamanla daha yaxşı vəziyyətdə olacağıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner