“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi

“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2026 / 21:49 467
-  A +

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qalib gəldikləri matç (3:0) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis komandasının çıxışından razı qalıb:

“Kubok oyununda qalib gələrək növbəti mərhələyə yüksəlmək vacib idi. Çempionatda az oynayan futbolçulara daha çox şans verdik. Digər vacib məqam isə oyunu zədə və itki olmadan başa vurmaq idi. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. İlk hissədə üç qol vurduq. Fasilədən sonra da futbolçuların daha çox qol vurmasını istəyirdim. Ümumilikdə, üstünlüyümüz şəraitində keçən yaxşı oyun oldu”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner