Azərbaycan kuboku: Son 1/8 finalçılar kim olacaq?

Azərbaycan kuboku: Son 1/8 finalçılar kim olacaq?
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2026 / 09:00 525
-  A +

Bu gün Azərbaycan kubokunda son iki 1/8 finalçı müəyyənləşəcək.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə "Xankəndi" "Gəncəbasar"ı, "Zəngəzur" isə "Karvan-Yevlax"ı qəbul edəcək. Hər iki oyun saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bunadək "İmişli",  "Şahdağ Qusar", "Şamaxı", "Şəfa", "Kəpəz", "Zirə", "Sumqayıt", "Qəbələ", "Araz-Naxçıvan" və "Marafon" 1/8 finala vəsiqə qazanıb.

29 oktyabr (cümə axşamı)

14:00. “Xankəndi” – “Gəncəbasar”
Hakimlər:
Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov
Şamaxı OİK stadionu

14:00. “Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər:
Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli
Binə qəsəbə stadionu

27 oktyabr (çərşənbə axşamı)

“Səbail” – “Zirə” - 2:2 (Penaltilər seriyası: 2:3)

“Kür-Araz” – “Sumqayıt” - 0:11

“Qəbələ” – “Mingəçevir” - 3:0

"Şimal” – “Araz-Naxçıvan” - 0:6

“Marafon” – “Zaqatala” - 1:0

28 oktyabr (çərşənbə)

“İmişli” – “Qaradağ Lökbatan” - 4:1

MOİK – “Şahdağ Qusar” - 1:9

“Hypers” – “Şamaxı” - 1:5

“Şəfa” – “Ağstafa Gəncləri” - 9:2

“Kəpəz” – “Baku Sportinq” - 3:1

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner