Maykl Ouen unudulduğunu düşünür

Maykl Ouen unudulduğunu düşünür
DÜNYA FUTBOLU 31 Oktyabr 2026 / 10:08 426
-  A +

2001-ci ildə “Qızıl top” mükafatını qazanan İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen bu nailiyyətinin insanlar tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.

QOL.az xəbər verir ki, 45 yaşlı sabiq futbolçu bu barədə “FourFourTwo” nəşrinə açıqlamasında danışıb.

“Düşünürəm ki, “Qızıl top” qazanan digər futbolçuların aldığı qədər qiymət görmürəm. Ölkəmizdə bu mükafata heç vaxt o qədər də böyük əhəmiyyət verilməyib. İspaniyada olduğum vaxt isə bu qələbəyə görə məni qəhrəman adlandırırdılar.

Bu mükafatla sonsuz dərəcədə fəxr edirəm. Qaliblərin siyahısına baxıram. Hətta ikinci, üçüncü, dördüncü və digər yerləri tutanların göstərildiyi nəticələr cədvəlinin şəklini hələ də telefonumda saxlayıram.

Həmin siyahıya baxanda insanın nəfəsi kəsilir. Uşaqlıqda arzuladığım hər şey məhz bu idi. Mən sadəcə futbolçu olmaq deyil, ən yaxşı futbolçu olmaq istəyirdim..

Qeyd edək ki, Maykl Ouen karyerası ərzində “Liverpul”, “Real" “Nyukasl”, “Mançester Yunayted” və “Stok Siti” klublarında çıxış edib.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner