"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı

"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
XƏBƏR 31 Oktyabr 2026 / 00:45 1650
-  A +

"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,

QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib. 

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçirilən görüş "Araz-Naxçıvan"ın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, təmsilçimiz Çempionlar Liqasında çıxışını erkən başa vurub. 

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner