“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video

“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
VİDEO 31 Oktyabr 2026 / 09:21 609
-  A +

Norveç çempionatının 25-ci turunda “Bodo-Qlimt” öz meydanında “Vikinq”ə 3:2 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşması gərginliyi ilə yadda qalıb.

“Reuters”in verdiyi məlumata görə, birinci hissənin əlavə vaxtında texniki zonada qalmaqal baş verib. “Vikinq”in futbolçusuna qarşı rəqib oyunçunun kobud müdaxiləsindən sonra komandaların baş məşqçiləri arasında gərginlik yaranıb.

“Bodo-Qlimt”in çalışdırıcısı Ketil Knutsen mübahisə zamanı “Vikinq”in baş məşqçisi Morten Yensenin papağının qabaq hissəsindən tutaraq aşağı çəkib. Nəticədə hakim hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

Matçdan sonra Morten Yensenlə Ketil Knutsen arasında Norveçin TV 2 kanalının canlı efirində də mübahisə yaşanıb. Yensen rəqibinə belə deyib: “Sən mənə qarşı fiziki müdaxilə etdin. Heç üzr istəməyəcəksən? Həmkarından üzr istəmək fikrində deyilsən?”

Knutsen isə cavabında onun papağına toxunduğuna görə üzr istəyib, lakin digər ittihamları qəbul etməyib.

Yensen daha sonra bildirib: “Bu, sənin tərəfindən çox təkəbbürlü davranışdır və səviyyəsizlikdir. Məyusedicidir”.

Xatırladaq ki, “Vikinq” UEFA Çempionlar Liqasında “Sabah”ın rəqiblərindən biridir. Gələn həftə bu komandalar 4-cü tur çərçivəsində Norveçdə üz-üzə gələcəklər. Oyun noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner