Fransa Liqasının 9-cu turunda PSJ səfərdə “Havr”ı 5:1 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, Paris təmsilçisinin qələbəsində Əşrəf Hakimi əsas pay sahibi olub. Mərakeşli futbolçu qarşılaşmada 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Sağ cinah müdafiəçisi 26-cı dəqiqədə Mika Qodtsun vurduğu qolun ötürməsini edib. Bundan iki dəqiqə sonra özü fərqlənərək komandasını hesabda önə çıxarıb. Hakimi 55-ci və 69-cu dəqiqələrdə daha iki qol vuraraq het-trik edib. O, 62-ci dəqiqədə isə Sennı Mayulunun qolunun ötürməsini edib.
Beləliklə, 27 yaşlı futbolçu PSJ-nin matçda vurduğu 5 qolun hamısında birbaşa iştirak edib. O, 71-ci dəqiqədə əvəzlənib.
Bu, Hakiminin peşəkar karyerasında ilk het-triki olub.
Oyundan sonra keçirilən mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Əşərf Hakimi haqda deyib: “Biz onun güclü tərəflərini çox yaxşı bilirik. Əslində, o, daha çox hücumçuya bənzəyir: irəlidə oynayır, boş zonalara açılmağı və qol ötürmələri etməyi bacarır. Top bizdə olanda o, əsl hücumameyilli futbolçudur. Top rəqibdə olanda isə hamı müdafiəçiyə çevrilir. O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir".
Qeyd edək ki, bu qələbədən sonra PSJ 20 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu