“Futbolçular həyəcan keçirirlər” - "Araz-Naxçıvan"ın baş məşqçisi

“Futbolçular həyəcan keçirirlər” - "Araz-Naxçıvan"ın baş məşqçisi
PREMYER LİQA 31 Oktyabr 2026 / 17:46 447
-  A +

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Zirə" ilə heç-heçə etdikləri matç (2:2) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyun barədə fikirləriniz necədir?

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Düşünürəm ki, sadəcə, sona qədər gücləri çatmadı. Üç xal qazansaydıq, əlbəttə, daha yaxşı olardı. İndi növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.

- Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?

- Düşünürəm ki, iki xal itirməsəydik, daha yaxşı olardı.

- Futbolçularınız qol imkanlarından yararlana bilmirdi. Sizcə, bunun səbəbi məsuliyyətin çatışmamasıdır?

- Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Daha yuxarı pillələrdə qərarlaşsaydıq, bəlkə də, daha yaxşı oyun göstərə bilərdik.

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner