"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la (3:2) matçından sonra mətbuat konfransında iştirak edib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı çıxış etdilər və qələbəyə layiq idilər. Bu gün çox gözəl atmosfer var idi. Biz hər dəfə bura gələndə, bu cür atmosferi görürük. Qonaq komandanın azarkeşləri çox yaxşı atmosfer yaratmışdılar. Bolqollu oyunun şahidi olduq. İkili mübarizələr gördük. "Turan Tovuz" bu cür atmosferdən qalib ayrıldı. Bu məğlubiyyətdə mənim taktiki bəzi səhvlərim oldu. Çünki 2:0-dan sonra bəzi hallar oldu ki, artıq səvhlər etdiyimiz göründü. İkinci hissəyə daha yaxşı başladıq, iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdik. Birinci hissədə isə rəqibə çox boşluqlar verdik. Onlar da bundan yararlandılar. "Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Bəzi taktiki planlarımız var idi ki, onlar bu gün işlədiyimiz şəkildə işləmədi.
- Növbəti sınağınız "Vikinq"ə qarşı olacaq. Qısa müddətdə komandanı psixoloji cəhətdən toparlaya biləcəksiniz?
- Biz artıq 6 oyundur ki, bu cür sıx qrafikdə oynayırıq. 3-4 gündən bir oyunumuz olur. Bərpa olunmaq üçün çox az vaxtımız qalır. Bəzən cəmi 1 taktiki məşqimiz, iclasımız olur. Bu şəkildə hazırlaşaraq, oyunlara çıxırıq. Artıq Bakıya geri qayıdırıq, səhər saatlarında paytaxtda olacağıq. Şənbə günü futbolçulara istirahət vermişəm. Bazar günü məşqimiz var və burada bərpa keçənlər, oynamayanlar məşqə çıxacaq. Bazar ertəsi məşq etdikdən səfərə çıxacağıq. Bərpa üçün tam istədiyimiz olmasa da, Çempionlar Liqası bizim istədiyimiz, arzuladığımız idi. Çalışacağıq ki, çərşənbə günü ən yaxşısını meydanda göstərək.
- Velko Şimiç və Umarali Raxmonaliyev "Vikinq"lə oyuna qədər tam hazır olacaqlar?
- Umaralı hazırdır. Sadəcə biz istədik ki, digər oyunlarda gümrah oldu. Tonusda qalması üçün ona istirahət vermək qərarına gəldik. Simiç zədəlidir, inanıram ki, kiçik şansımız olsa da, onu "Vikinq"lə görüşdə meydanda görəcəyik.
- "Vikinq" mart ayından bu yana evdə uduzmur, cəmi bir dəfə heç-heçə edib. O da "Bavariya"ya qarşı. Onların seriyasını sındıracaq potensialı özünüzdə görürsünüz?
- Hər oyun çətindir. Onlar 14 oyundur məğlub olmurlarsa, o demək deyil ki, biz ora getməməliyik, döyüşməməliyik. Orada görəcəyik. Çalışacağıq ki, rəqibin zəif cəhətlərini öyrənək və bizə uyğun nəticə ilə geri qayıdaq.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi