Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı

Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
DÜNYA FUTBOLU 31 Oktyabr 2026 / 11:38 840
-  A +

Portuqaliya millisinin futbolçusu Fransisko Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məruz qalıb.

QOL.az xəbər verir ki, buna 23 yaşlı vingerin Millətlər Liqasının 4-cü turunda Norveçlə (2:1) matçda meydandan qovulması səbəb olub.

Konseysau görüşün 86-cı dəqiqəsində hakimə etirazlarına görə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub. O, meydanı tərk edərkən dördüncü hakimlə də mübahisə edib. UEFA futbolçunu hakimə qarşı təhqiramiz ifadələr və nalayiq davranışına görə cəzalandırıb.

Bu qərardan sonra portuqaliyalı futbolçu Danimarka və Uelslə Millətlər Liqası oyunlarını, həmçinin 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsinin ilk qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası (FPF) UEFA-nın qərarından şikayət verməyi planlaşdırır. "Yuventus"un futbolçusu hazırda zədə səbəbindən yaşıl meydanlardan kənardadır.


Qarabağ FK
Son xəbərlər
31.10.26  13:03

"Kəpəz"da ciddi itki

topaz banner