“Yerli və əcnəbi futbolçuları fərqləndirmirəm” - Yeton Bekiri

“Yerli və əcnəbi futbolçuları fərqləndirmirəm” - Yeton Bekiri
PREMYER LİQA 31 Oktyabr 2026 / 20:47 617
-  A +

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la heç-heçə etdikləri matç (0:0) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Komandamın çıxışından razıyam. Müdafiədə yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Ölkənin ən güclü komandalarından birinə qarşı mübarizə apardıq. Düşünürəm ki, bir xal qazanmağa layiq idik".

- “Qəbələ”nin mövsüm üçün əsas hədəfi Premyer Liqada yerini qorumaqdır, yoxsa daha yüksək yerlər uğrunda mübarizə aparmağı düşünürsünüz?

- Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı olmağa çalışmalıyıq. Futbolçularım da bunun üçün çalışırlar. Mövsümün sonunda hansı pillədə olacağımızla bağlı indidən proqnoz verə bilmərəm. Hər matçda hamımız əlimizdən gələnin ən yaxşısını etməliyik. “Qəbələ”yə çempionatın gedişində qoşulmuşuq. Futbolçuların nə istədiyimizi anlaması üçün müəyyən vaxta ehtiyac var.

- Yerli futbolçuların potensialından razısınızmı?

- Futbolçuları yerli və ya əcnəbi olmasına görə fərqləndirmirəm. Hamısı bir komanda kimi məşq edir. Kim daha yaxşıdırsa, start heyətində də o yer alır. Bu gün ilk “11-lik”də 5 azərbaycanlı futbolçu var idi. Onların çıxışından razıyam. Məhz buna görə start heyətində yer alırlar.

- “Sabah”la oyunda 0:4 hesabı ilə məğlub oldunuz, bu dəfə isə “Qarabağ”dan xal almağı bacardınız. Komandanın çıxışındakı bu dəyişiklik nə ilə bağlıdır?

- İlk növbədə, psixoloji dəyişikliklər etdik. Bundan başqa, komandanın oyun üslubunu dəyişdik. Futbolçuların yeni oyun sistemimizə uyğunlaşması üçün vaxt lazımdır. “Sabah”a məğlub olduğumuz görüşdə də qol imkanlarımız var idi. Bu gün də belə şanslar yaratdıq. “Sabah” və “Qarabağ” Azərbaycanın ən yüksək səviyyəli komandalarıdır. Az komanda onlardan xal ala bilir. Biz isə öz işimizə davam edirik.

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner