Rüfət Abdullazadənin komandasından heç-heçə

Rüfət Abdullazadənin komandasından heç-heçə
DÜNYA FUTBOLU 31 Oktyabr 2026 / 21:53 338
-  A +

İsrail Premyer Liqasında 9-cu turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Beitar"ın (Qüds) qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

31 oktyabr

"Beitar" (Qüds) - "Kiryat Şimona" - 1:1
Qollar:
Adi Menaçem Yona, 42 - Amadou Saqna, 90+7-pen. 

Rüfət Abdullazadə görüşün 71-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner