Bu gün Milan derbisi var

Bu gün Milan derbisi var
DÜNYA FUTBOLU 31 Oktyabr 2026 / 10:52 288
-  A +

Bu gün İtaliya A seriyasının 10-cu turunun mərkəzi qarşılaşması keçiriləcək.

QOL.az xəbər verir ki, “Milan” və “İnter” komandaları üz-üzə gələcək.

Əzəli rəqiblərin qarşılaşması “San Siro” (Cüzeppe Meatsa) stadionunda keçirəcək. Görüşü Marko Quida idarə edəcək. Milan derbisinin start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.

“İnter” 25 xalla turnir cədvəlinə başçılıq edir. “Milan” isə 18 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, komandalar arasında son 5 rəsmi qarşılaşmada “Milan” 3 dəfə qalib gəlib, 2 oyun isə heç-heçə ilə başa çatıb. “İnter” bu matçlarda rəqibinə qalib gələ bilməyib.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner