"Qalib gəldiyimiz üçün çox sevinirəm. Ağır oyun oldu. Matçın sonlarına yaxın təşəbbüsü əldən verdik. Amma istənilən qələbəyə görə şadam".
QOL.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının X turunda “Sabah”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Qələbədə həlledici məqam nə oldu?
- Əsas məsələ çempiona qarşı köklənmək idi. Uşaqlar özlərini sübut etmək istəyirdilər. İkincisi, nizam-intizam rol oynadı. Amma təbii ki, son 10 dəqiqəni çıxmaq şərtilə.
- Hayderson Hurtado yersiz sarı vərəqə aldı ki, sizi də əsəbiləşdirdi. Qələbəyə görə onu bağışlamaq olar?
- Emosiyalara görə oldu. Ona elə gəldi ki, top rəqibin futbolçusunun əlinə dəymişdi. Ancaq emosiyalarına hakim olmalı idi. Bəli, bilirəm ki, cəzalı duruma düşdü.
- "Turan" voleybol komandası dünən qələbə qazandı, bu gün Çempionlar Liqasının iştirakçısını isə siz məğlub etdiniz. Yayda Tovuzda Avropa komandalarını görəcəyik?
- "Turan" voleybol komandasının ilk oyununu da izləmişdim. Dünənki cavab görüşünü də izlədim. Onlara görə həyəcan keçirirdim. Şükür Allaha, qələbə qazandılar. Allah qismət etsin ki, Bolqarıstan klubuna da qalib gəlsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır. Biz də öz dəstəyimizi verməliyik.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır