"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Araz-Naxçıvan"la heç-heçə etdikləri matçı (2:2) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Matç bizim üçün çox pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkisinə yol verdik. Müdafiədən çıxarkən etdiyimiz səhvdən rəqib yararlandı və qol vurdu. Bundan sonra oyunda üstünlüyü ələ aldıq, fasiləyədək bir neçə təhlükəli hücum qurduq. Təəssüf ki, bu epizodları qolla tamamlaya bilmədik.
İkinci hissəyə də fəal başladıq, amma həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra hesabı dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm. Bu gedişatda bir xal da bizim üçün önəmlidir".
- “Sumqayıt”la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiniz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiniz. Bunu necə izah edərdiniz?
- Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq, amma qol buraxdıqdan sonra reaksiya verdik. “Sumqayıt”la görüşdə də yaxşı reaksiya göstərmişdik. Çempionatdakı rəqiblərimizin heyətləri güclüdür. Hər birində nəticəni dəyişə biləcək təcrübəli və usta futbolçular var. Daha çox çalışmalı və yaratdığımız üstünlüyü nəticəyə çevirməliyik. Üstünlük əldə edirik, amma hər zaman bundan yararlana bilmirik.
- Mehdi Mişahşan meydana daxil olduqdan sonra ilk toxunuşunda qol vurdu. Onu standart vəziyyətlər üçün meydana buraxmışdınız?
- İki planımız var idi. Birincisi, Mehdi standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi, onu mərkəz müdafiəçisi mövqeyinə çəkərək Ruan Renatonu hücuma göndərməyi düşünürdük. Daha çox cinahlardan hücum etməyi planlaşdırırdıq. Qol vurduğumuz üçün Ruan öz mövqeyində oynamağa davam etdi.
2:2-dən sonra da qol imkanlarımız oldu, amma bir epizodda dəqiqlik çatmadı. “Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik və heyəti istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. "Səbail"lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər