Cəlal oynadı, komandası heç-heçə etdi

Cəlal oynadı, komandası heç-heçə etdi
DÜNYA FUTBOLU 1 Noyabr 2026 / 01:29 1063
-  A +

Rumıniya Superliqasında 14-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “ÇFR Kluj”u qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.

“Petrolul” - “ÇFR Kluj” - 1:1
Qollar:
Draziç, 5 (0:1), Bran Flores, 28 (1:1)

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 64-cü dəqiqədə Sergiu Hankanın əvəzinə meydana daxil olub. Millimizin üzvü 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, xallarının sayını 24-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner