Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı

Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
DÜNYA FUTBOLU 31 Oktyabr 2026 / 19:05 1225
-  A +

Türkiyə 1-ci Liqasında 13-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Qarşılaşma Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

31 oktyabr

"Bursaspor" - "Bandırmaspor" - 3:0
Qollar:
Halil Akbunar, 7, Lewis Baker, 12, 23

Toral Bayramov oyuna start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. O, 7-ci dəqiqədə komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmlədib.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner