Renatın komandasının oyunu yarımçıq saxlanıldı

Renatın komandasının oyunu yarımçıq saxlanıldı
DÜNYA FUTBOLU 1 Noyabr 2026 / 00:21 285
-  A +

Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" səfərdə “Livyi Bereq”in qonağı olub. Lakin qarşılaşma sona çatdırılmayıb. Belə ki, ilk hissədən sonra Kiyevdə hava həyəcanı siqnalı verildiyi üçün matç yarımçıq saxlanılıb. 

Birinci hissədən sonra "Bukovina" 1:0 öndə idi. 

Qarşılaşmanın ikinci hissəsi sabah yerli vaxtla 12:00-da oynanılacaq.  

Qeyd edək ki, millimizin futbolçusu Renat Dadaşov zədəli olduğu üçün bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.


Qarabağ FK
Son xəbərlər
31.10.26  13:03

"Kəpəz"da ciddi itki

30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner