...Çünki “Lester” İngiltərə çempionu olub. Yox, bu, Ranyerinin komandasının uğurunu tam ifadə etmir. “Lester” təkcə çempion olmayıb, həm də möcüzə yaradıb.
Ötən il Premyer Liqada güc-bəla ilə qalmışdılar. Ranyerini gətirib bu il çempion oldular. Ulduzsuz-filansız.
Pulun başına min bir oyun açmaqla deyil ki... Hanı həmin o ərəblərin idarə etdiyi “Mançester Siti”? Bəs, İngiltərənin digər varlı və zadəgan klubları?
Hardadı, “Mançester Yunayted”?
Hardadı, “Arsenal”?
Hardadı, “Liverpul”?
“Çelsi” hara yoxa çıxıb?
“Forbes”in 2015-ci il üçün siyahısında bu klubların hamısı ilk onluğa düşüb. Ən varlı, ən çox gəlir əldə edən klublar kimi...
3-cü yer. “Mançester Yunayted” – 519 milyon avro.
6-cı yer. “Mançester Siti” – 463 milyon avro.
7-ci yer. “Arsenal” – 435 milyon avro.
8-ci yer. “Çelsi” – 420 milyon avro.
9-cu yer. “Liverpul” - 391 milyon avro.
...Və bütün bu pul əjdahalarının yanında “Lester” builki büdcəsi ilə yetim uşağa bənzəyirdi. Cəmi 24 milyon funt sterlinq. Yəni hardasa, 30 milyon avrodan bir balaca çox.
Amma...
Pul futbol oynamır axı. Futbolu adamlar oynayır. Futbolu adamlar oynadır, beyin idarə edir.
Və o beyin doğru, saat dəqiqliyi ilə işləyəndə, olursan Klauidio Ranyeri!
...Bye, bye, Venger, Pelleqrini, Klopp, Hiddink, van Qal...
Əl-fatihə, “Mançester Siti”!
Aydın BAĞIROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"