Eriksen klubundan ayrıldı

Eriksen klubundan ayrıldı
DÜNYA FUTBOLU 23 Sentyabr 2026 / 19:43 387
-  A +

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen “Volfsburq”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

QOL.az xəbər verir ki, bu barədə klubun idman direktoru Diter Hekinq məlumat verib. O, bildirib ki, qərar Eriksenin istəyinə əsasən qəbul edilib:

“Kristianın gələcəyi ilə bağlı qərarın özündən asılı olduğu aydın idi. Ona seçim azadlığı vermək istəyirdik və müqaviləyə xitam verilməsi ilə bağlı xahişini qəbul etdik. O, qısa müddətdə komanda yoldaşlarının, klub əməkdaşlarının və azarkeşlərin yaddaşında iz buraxdı. Ona və ailəsinə gələcəkdə ən yaxşısını arzulayırıq”.

Qeyd edək ki, Eriksen 2026-cı ilin yayında Danimarka və Ukrayna yığmaları arasındakı yoxlama oyununda huşunu itirib və qarşılaşma yarımçıq dayandırılıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner