A Seriyasının ən bahalı futbolçusu oldu

A Seriyasının ən bahalı futbolçusu oldu
DÜNYA FUTBOLU 23 Sentyabr 2026 / 22:17 478
-  A +

“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının ən bahalı futbolçusu olub.

QOL.az xəbər verir ki, “Transfermarkt” 29 yaşlı argentinalının bazar dəyərini 85 milyon avro qiymətləndirib.

“Komo”nun futbolçusu Nikolas Pas 80 milyon avro ilə ikinci, “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız (75 milyon avro) isə üçüncü pillədə qərarlaşıb. İlk beşlikdə Alessandro Bastoni (65 milyon avro) və Rasmus Hoylund (60 milyon avro) da yer alıb.

Qeyd edək ki, A Seriyasında 5 turdan sonra “Roma”, “İnter” və “Latsio” 13 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner