Azərbaycan Avropa çempionatında ilk medalını qazandı

Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
BOKS 24 Sentyabr 2026 / 00:19 169
-  A +

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

QOL.az xəbər verir ki, bu gün millimizin iki üzvü finala, biri yarımfinala yüksəlib. Həmçinin bir boksçumuz turnirdə medal qazanıb.

90 kq Məhəmməd Abdullayev 3-cü yeri tutaraq bürünc medala yiyələnib. Bu, Azərbaycan millisinin Sofiyadakı yarışda ilk medalı olub.

50 kq çəki dərəcəsində Sübhan Mamedov yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşü 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

70 kq-da Nəbi İsgəndərov da finala yüksəlib. O, yarımfinalda irlandiyalı Con MakKonnelliyə 4:1 hesabı ilə qalib gəlib.

75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov isə 1/4 finalda isveçli Kevin Skott üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb. Bununla da onun ən azı bürünc medalı təmin olunub.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner