Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla keçirilən yoldaşlıq oyunundan (1:0) sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin qələbəyə layiq olduğunu bildirib və komandaların hər ikisinin qol imkanları qazandığını qeyd edib:
"İlk olaraq Azərbaycan millisinin qələbəsi münasibətilə təbrik edirəm. Həqiqətən, çox çətin oyun oldu. Azərbaycan millisində keyfiyyətli futbolçular çoxdur və onlar bundan çox yaxşı istifadə etdilər. Toral Bayramov kimi standart vəziyyətləri yaxşı yerinə yetirən futbolçunuz var. Bizim də qol imkanlarımız oldu. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Sonda bizim də imkanımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Azərbaycanı təbrik edirəm.
- Məğlubiyyətinizə əsas səbəb nə oldu?
- Komandam bu gün yaxşı oynadı. Sadəcə, qol vura bilmədik. Bizim də keyfiyyətli futbolçularımız var. Hər şeyi analiz edəcəyik.
- Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz?
- Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki futbolçular fərqlidir. Səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli millidə qalıb. Yeni oyunçular var. Ona görə müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.
- Azərbaycan millisində sizi təəccübləndirən sonra kim oldu?
- Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər və klubların qazandığı nailiyyətləri milli komanda da göstərə bilər. Futbolçulara və ölkəyə gözəl nailiyyətlər arzulayıram.
- Oleq Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi?
- Bu, yoldaşlıq oyunudur. Məqsədimiz Asiya Kubokuna hazırlıqdır. Tacikistan tarixində ikinci dəfə bu kubokda iştirak edəcək. Belə oyunlarda müxtəlif variantları nəzərdən keçiririk. Çox yaxşı üç qapıçımız var. Bu dəfə Oleqdən istifadə etdik. Amma bu, həmişə onun oynayacağı anlamına gəlmir. Digər qapıçılara da şans verəcəyik ki, hər birinin keyfiyyətlərini daha yaxından tanıyaq. Mən də onunla ümumi fikir mübadiləsi aparmışdım.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər