CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir

CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir
XƏBƏR 24 Sentyabr 2026 / 11:16 150
-  A +

Dünyanın kişilər üçün 1 nömrəli şampununun istehsalçısı CLEAR 21 yanvar 2026-cı ildə Sinqapurda Oracle Red Bull Racing ilə yeni qlobal tərəfdaşlığını elan edib. Bununla da CLEAR komandanın tarixində ilk rəsmi saça qulluq tərəfdaşı olub.

“Oracle Red Bull Racing”in qrup üzrə kommersiya direktoru Nick Stocker bildirib: “Dəqiqlik, intizam və fasiləsiz inkişaf uğurlarımızın əsasını təşkil edir. Məhz performansa bu cür yanaşma “CLEAR”ı komandamız üçün təbii tərəfdaşa çevirir.”

CLEAR brendi yeni RB22 bolidində, həmçinin dördqat dünya çempionu Max Verstappen və komandaya yeni qoşulan Isack Hadjarın balaklavalarında nümayiş etdiriləcək.

2026-cı il “Formula 1”in Bakı tarixində də əlamətdar yubileylə yadda qalır. Bu il Formula 1 yarışlarının Bakıda ilk dəfə keçirilməsindən 10 il ötür. 2016-cı ildə Bakı Şəhər Halqasında Avropa Qran-Prisi adı ilə başlayan bu tarix, 2017-ci ildən etibarən Azərbaycan Qran-Prisi kimi davam edir. Məhz belə bir yubiley ilində “CLEAR”ın Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığı brend üçün xüsusi əhəmiyyət daşıyır

CLEAR haqqında

CLEAR qlobal miqyasda kişilər üçün 1 nömrəli saç baxımı şampunu, satışda olduğu 60-dan çox bazarın bir çoxunda isə kişilər üçün 1 nömrəli kəpəyə qarşı şampundur.

Oracle Red Bull Racing haqqında

Oracle Red Bull Racing yarandığı gündən etibarən dünyanın aparıcı avtomobil idmanı seriyası olan FIA Formula 1 Dünya Çempionatının əsas qüvvələrindən biri olub.

Unilever haqqında

Unilever dünyanın aparıcı gözəllik və rifah, şəxsi qulluq, evə qulluq və qida məhsulları təchizatçılarından biridir. Şirkətin məhsulları 190-dan çox ölkədə satılır.


Qarabağ FK
Son xəbərlər
topaz banner