"Milli bunu etməyimə icazə verməz"

"Milli bunu etməyimə icazə verməz"
DÜNYA FUTBOLU 23 Sentyabr 2026 / 18:04 343
-  A +

Fransa millisinin hücumçusu Kilian Mbappe Kriştiano Ronaldo kimi 41 yaşına qədər milli komandada çıxış edib-etməyəcəyi ilə bağlı sualı cavablayıb.

QOL.az xəbər verir ki, Mbappe bu barədə “The Touchline”a açıqlamasında danışıb:

“Düzünü desəm, çıxış etdiyim milli komandanı nəzərə alsaq, Fransa mənə 41 yaşa qədər oynamağa heç vaxt icazə verməz”.

O, Ronaldonun uzun müddət yüksək səviyyədə çıxış etməsinin mümkün olduğunu göstərdiyini də vurğulayıb:

“Amma Kriştiano göstərir ki, fiziki və psixoloji baxımdan yaxşı vəziyyətdəsənsə, uzun müddət yüksək səviyyədə oynaya bilərsən. Mənə gəlincə, düşünürəm ki, bu, çətin olacaq”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner