FİFA Şurası bu gün tarixi qərar qəbul etdi. 2026-cı ildən başlayaraq, dünya çempionatlarında iştirakçı komandaların sayı 32-dən 48-ə, yəni düz 16 komanda artırıldı.
Canni İnfantino belə bir ideyası olduğunu hələ dünyanın ali futbol qurumuna ötən il prezident seçiləndən sonra səsləndirmişdi. Bildirmişdi ki, nisbətən kiçik ölkələrin, yəni dünyada çox da tanınmayan futbol millilərinin də final mərhələsində oynaması vacibdi. İlk baxışda bu, guya futbolun inkişafına yönələn bir qərardı. Amma bu gün qərar açıqlanandan sonra dünyada, xüsusən Avropada istər ekspertlərin, istər peşəkar idman jurnalistlərinin rəyindən belə görünür ki, bu qərar futboldan daha çox böyük futbol mafiyasının işinə yarıyacaq. Yumşaq desək isə udan FİFA, uduzan futbol olacaq!
Rus həmkarlarımdan biri bugünkü maraqlı məqama toxunub: “2012-ci ildə Haiti komandası Avstraliya və Yeni Zelandiyanı qabaqlayaraq sensasiyalı şəkildə Okeaniya zonasının qalibi oldu və Konfederasiyalar kubokunda iştirak etmək hüququ qazandı. Bu yarışda onlar İspaniya, Nigeriya və Uruqvay kimi komandalarla eyni qrupda yarışdı, amma nəticəsi biabırçı oldu. Haiti 1 xal belə toplaya bilmədi, 3 oyuna öz qapısından düz 24 qol buraxdı. Onların 0:10 və 0:8 hesablı məğlubiyyətləri isə turnirin imicinə ciddi zərbə vurdu”.
Soruşa bilərsiniz ki, Haitinin FİFA-nın bügünkü qərarı ilə nə əlaqəsi? Amma əlaqəsi var. Məsələ burasındadı ki, DÇ-2026-ya gələcək yeni 16 komanda arasında Haiti kimi millilərin olmayacağına kimsə zəmanət verə bilməz. Ehtimal edilir ki, “16-lar” sırasında ən çox yer Asiya və Afrikaya veriləcək. O boyda yarışa heç kimin tanımadığı, aşağı səviyyəli futbol ölkələri ilə dolduracaqlar. Təsəvvür edin, Avropa zonasına isə cəmi 3 əlavə yer ayrılacaq (13-dən 16-ya).
Bəli, oyunların sayı artacaq. Tamam, azarkeşlər daha çox matç izləyəcəklər. Amma hansı səviyyəli oyunları? Məsələn, kimə lazım olacaq, şərti desək, Almaniya – Haiti görüşü? Almanların rəqib qapısından 8-10 top keçirəcəyi hansı futbol fanatına maraqlı gələcək? Məgər, təkqapıya olacaq belə sönük oyunlar çempionata əlavə gərginlik qatacaq?
Gülməlidir.
3 komanda 16 qrupda yarışacaq. Bu formatın özü də ciddi tənqid olunur. Düzdür, çempionatın sxemi hələ tam bəlli deyil. Amma bildirilir ki, qrupda ilk iki yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Dünya çempionatlarına belə zərbə vuran qərar hələ olmamışdı. Turlar arasında 7-8 gün fərq olacağı gözlənir. Yəni bu qədər uzun müddət. Bu qərar milli komandaların maraqlarına uyğundurmu? Çətin. Amma görünür milli federasiyalar da futbol mafiyasının qərarı ilə hesablaşmalı olublar. Niyə? Nə üçün? Zaman göstərəcək.
İndi gələk, əsas məsələyə.
FİFA-nın bugünkü qərarının birbaşa gələcəkdə daha çox gəlir götürməyə yönəldiyi şübhə doğurmur. Baxın, Rusiyada keçiriləcək DÇ-2018-də dünyanın ali futbol qurumunun 5,52 milyard dollar qazancı olacağı gözlənilir. Bu məbləğin 3,1 milyard dollarının yayım hüququndan, digər hissəsinin isə marketinq, bilet satışı, lisenziya satışı və qonaqlamadan götürüləcəyi bildirilir. 2026-cı ildəki çempionatda isə bu rəqəmin 6 milyard 495 milyon dollara çatacağı gözlənilir. Yəni Rusiyadakı yarışdan 975 milyon dollar çox!
İndi özünüz düşünün, bugünkü qərar nəyə hesablanıb: futbolun inkişafına, yoxsa gələcəkdə əlavə milyardların qazanılmasına?
Aydın BAĞIROV
Duran oynadı, komandasını məğlubiyyətdən xilas etdi
DÇ-2026-ya aparılmadığı üçün karyerasını bitirir
“Şamaxı”dan yeni transfer
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi - Video
İnyesta baş məşqçinin qərarına təəccübləndi
"Beşiktaş"ı tərk edə bilər
İbrahimoviçin oğlu klubunu dəyişdi
"Aston Villa"nın ən bahalı transferi oldu
"Turnirin ən güclü iki komandası finaldadır"
Tramp da onun taktikasını tənqid etdi
“Karvan-Yevlax”dan yeni transfer
Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı
İnfantino: "DÇ-2026 tarixin ən yaxşı mundialıdır"
De la Fuente: "Skaloni ilə bir-birimizə bənzəyirik"
“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
Mahir Emreli Polşadadır - Yeni klubu…
Skaloni: "İspaniya ilə bağlı hər şey məni narahat edir"
"Neftçi" - "Dinamo" oyunu kiprlilərə tapşırıldı
"Qarabağ"ın SSKA ilə oyunlarının hakimləri açıqlandı
Azərbaycan millisi Avropa çempionatının pley-offunda
“Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
Asim Xudiyev “Braqa”nın oyununa təyinat alıb
“Qarabağ”la oyundan əvvəl SSKA-ya azarkeş şoku
“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”