Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da günahkardı, bir Naninin qarşısında aciz qalan komandanın tən yarısı da.
Bəs, Qurban Qurbanov?..
Səhvlərdən danışırıqsa, birinci ünvan, şübhəsiz ki, odu. Vaxtında lazımi səviyyəli futbolçular alınsaydı, bu il transfer siyasətində ciddi səhvlərə yol verilməsəydi, "Sportinq"ə 1:6 hesablı biabırçı məğlubiyyət olmazdı, ola bilməzdi. Legionerin nazı ilə oynamaq bahasına olsa belə, səviyyəli oyunçular saxlanılmalı idi komandada, saxlanılmadı. İlin əvvəlində yüksək formada olan hücumçu Dino Ndlovu onun könlü Çin klubundadı deyə satılmamalı idi. Emosional qərar verilərək satıldı. Özü də bilə-bilə ki, bizimkilərin bu gün belə bir hücumçu alması çətindi. Biz legionerdən nə gözləyirik? Yaxşı oyunmu, yoxsa Azərbaycana, Qarabağa özümüzdən biri kimi torpaq, vətən sevgisimi, sədaqətmi? Dino yaxşı oynayırdı, amma sadəqətli olmaya bilərdi. Əcnəbidən komandaya sədaqət gözləməzlər. Onlar "Qarabağ"a Ağdam, Şuşa sevgisinə görə yox, məhz pul qazanmağa gəlirlər. Bu gün 100 minə Azərbaycanda oynayırsa, sabah da Ermənistanda 150 minə oynayar və bu, təəccüblü də olmaz.
***
Dinodan danışırıqsa, Almeyda, Pedro və Şehiçdən də danışmalıyıq. Almeyda öz xoşuyla getdi, amma Pedro və Şehiçi məhz Qurban Qurbanov göndərdi. Pedronun oyunundan tam razı olmadığını Qurban müəllim özü şəxsi söhbətdə mənə söyləmişdi. Deməli, onun göndərilməsində pulla yanaşı bu amil də az rol oynamamışdı. Çoxlarına görə, Pedro və Şehiç "Qarabağ"da saxlanılmalı idi. Qalsaydılar, belə olmayacaqdı deyə düşünürük. Amma bu komandanın daxilinə, futbolçuya Qurban müəllimdən yaxşı bələd ikinci bir adam yoxdu. Sırf buna görə onun üzərinə çox gedilməsi də haqsızlıq olar. İstənilən halda bu futbolçuların gedişindən sonra komandaya gətirilən legionerlər gözlənilənlərin heç 20 faizini vermədi. Mövcud bazar şərtlərində çox ucuz qiymətə, gərək ki, 300-400 min avro civarında alınan hücumçu Emeqara isə "ucuz ətin şorbası olmaz" fikrini bir daha öz mənasız oyunçu keyfiyyəti ilə təsdiqlədi.
Hə, ən birinci səhv transfer siyasətində buraxıldı. Ya klub normal büdcə ayırmadı, əgər ayırdısa da, "Qarabağ"ın skautlarının budəfəki seçimləri uğursuz oldu. Və digər vacib problem - Qurban Qurbanovun eyni zamanda millidə çalışmasının da artıq "Qarabağ"ın əleyhinə işlədiyini uşaqdan böyüyə hamı görməyə başlayıb.
***
"Sportinq" məğlubiyyəti həqiqətən "Qarabağ"ın rəhbərliyi və məşqçi heyəti üçün ciddi bir siqnal olmalıdı. Komanda qara zolağa düşüb və yaxın vaxtda oradan çıxması üçün tədbirlər görülməlidi. Ən azı bu qış transfer pəncərəsində heç olmasa ortabab hücumçu alınmalıdı. Daha Emeqara kimi vaxtı bitmiş oyunçu deyil. Çünki Çempionlar Liqası və Avroliqada qrupda oynayan komandanın ikinci mərkəz hücumçusunun olmaması, sadəcə olaraq, "Qarabağ"ın qazandığı müsbət imici korlayır, onun uğur qazanmasına da mane olur və olacaq da.
Uğur olmayanda isə azarkeş narazı qalır, nəticə tələb edir. Heç nəyə soyuq başla yanaşmır. Fərqinə də varmır ki, əslində bu gün faciə baş verməyib. "Qarabağ" dünyada nəticə və oyun baxımdan böhran keçirən ilk və sonuncu klub deyil. Bu günün özündə belə hətta "Real Madrid", "Manşester Yunayted", "Bavariya" kimi klublar yaxşı dövrünü keçirmir. Heyətində nə qədər ulduz var. Hələ pullarını, azarkeşlərini demirik. Qurban Qurbanov və komandası uzun illər, davamlı olaraq ölkə futbolunun lideri və xaricdəki layiqli elçisi ünvanını daşıyırdı. Amma uzun illər təxminən eyni heyətlə oynayanda fiziki, mənəvi və psixoloji yorğunluğun yaranması qaçılmaz idi. Bu proses əvvəl-axır baş verəcəkdi və bu mövsüm baş verdi də. Amma təəssüf ki, nə klub, nə azarkeşlərimiz, nə mediamız, bir sözlə, futbol ictimaiyyətimiz əslində bu prosesə hazır deyildi. Hamıya yanlış olaraq elə gəlirdi ki, "Qarabağ" əzəmətini əbədi olaraq qoruyacaq. Amma belə şey olmur, ola da bilməz. Nağıl dünyasında yaşamayaq. Futbolda uğurla uğursuzluq həmişə qoşa addımlayıb. Qurban Qurbanov isə robot deyil, ətdən-sümükdən insandı. Bəli, işində səhv edib, bəlkə də bundan sonra da edəcək. Sənin kimi, mənim kimi, hamımız kimi. Amma bu ölkədə heç kimin Qurban Qurbanovu "Qarabağ"dan istefaya səsləməyə sadəcə olaraq mənəvi haqqı çatmır. Heç kimin... Çünki bizim bu iyrənc futbol mühitimizdə bu komandanı indiyədək yaşadan "Qarabağ"ın sponsor-rəhbərliyi olubsa, yaradan və qoruyan məhz Qurban Qurbanov olub. Bu gün "Qarabağ"a azarkeşlik edənlərin mütləq əksəriyyəti bu komandanı Qurban Qurbanova görə tanıyıb, rəğbət bəsləyib və sevib.
Bir gün o vaxt da gələcək ki, Qurban Qurbanov "Qarabağ"dan gedəcək. Amma necə gəlmişdisə, elə gedəcək. Şərəflə, ləyaqətlə...
Aydın BAĞIROV
[email protected]
“Traktor”dan darmadağın
Kənan Yıldız Avropa nəhənglərinin maraq dairəsində
“Zirə” 3 xalı 1 qolla qazandı - Video
Rəşad Sadıqov: “Çox vacib 3 xal qazandıq”
Saşa İliçdən oyun sonrası açıqlama
“Sabah” etiraz edir - Video
“Çelsi” uduzdu
Masazırda 4 qol - Video
Elmar Baxşıyev: “Son dəqiqə qolu futbolun emosiyasıdır”
“Bilmirəm, Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək”
“Real” “Barselona” ilə oyun üçün heyətini açıqladı
“Zirə” - “Sumqayıt”: Heyətlər
Yamaldan “Real” haqda qalmaqallı açıqlama
“Avrokuboklar rekorduma təəccübləndim” - Leandro Andrade
"İmişli"dən ciddi zədə alan futbolçusu ilə bağlı açıqlama
"Çelsi" futbolçuları məşq bazasından təxliyə olundular
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər
"Millimizin Avropa çempionatında gümüş medal qazanması mütləq uğurdur" - Teymur Rəcəbov
Platini: "FİFA əsl mafiyadır"
Vüqar Nadirovu o əvəzlədi
Dadaşov oynadı, komandası qalib gəldi
Qvardiola Barselonada yeni lüks ev alıb
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalında
Kovaçiç “Mançester Siti"dən ayrıla bilər
Kasilyasın evindən film kimi - Oğurluq
“Liverpul”da sentyabrın ən yaxşı futbolçusu seçildi
“Kopenhagen” Marek Hamşikin oğlunu transfer etdi
Lionel Messi “Qızıl buts” mükafatını aldı - Şəkil
"Milan" məğlubiyyətdən son anda qurtuldu
Siyasət Əsgərov Qazaxıstan üzərində qələbə haqda
Dünya çempionatında 3 bürünc medal şansı
“Beşiktaş”da şok itki
“Yuventus”un hücumçusu “Barselona”ya keçir?
“İmişli” 3 xalı 3 qolla qazandı - Video
Millimiz Qazaxıstana qalib gəldi
Kaşkilya qələbəni Vüsala həsr etdi
Riçarlison “Everton”a qayıda bilər
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
“Turan Tovuz” səfərdən 3 xalla dönür - Video
Mahirə görə iclas oldu - Niyə oynamır?