Qadınlar Super Liqasının 2026/27-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
QOL.az xəbər verir ki, tədbirdə AFFA rəhbərliyi, qadın futbolunun inkişafına cavabdeh şəxslər və liqada iştirak edən klubların nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan qadın futbolunun inkişafını və 12 klubun mübarizəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA Qadın Futbol Departamentinin rəhbəri Zümrüd Ağayeva və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan qadın futbolunun inkişaf istiqamətləri, yeni mövsümün təşkili, yarışın strukturu və qarşıya qoyulan hədəflər barədə məlumat verilib.
Mərasimda yarışın Qadınlar Super Liqası adı altında davam edəcəyi bildirilib (əvvəlki ad AFFA Yüksək Qızlar Liqası), turnirin loqosu da təqdim olunub. Ardınca yeni mövsümün ilk turunun oyunlarının püşk atılıb.
Püşkatmanın nəticəsinə əsasən, 1-ci turun cütlükləri belə müəyyənləşib:
"Dirçəliş" – "Sumqayıt"
"İmişli" – "Neftçi"
"Ümid" (Gəncə) – "Baku Juniors"
"Araz-Naxçıvan" – "Goranboy"
"Liman" – "Sabah"
"Şəfa" – "Qəbələ"
Beləliklə, yeni mövsümün ilk turunda 12 komanda 6 qarşılaşmada üz-üzə gələcək. Bildirilib ki, ilk turun oyunlarının təqvimi ilə bağlı məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Yuxarı
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq