Millinin heyətindən kənarda qaldı

Millinin heyətindən kənarda qaldı
DÜNYA FUTBOLU 21 Sentyabr 2026 / 22:06 356
-  A +

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair Emeri zədə səbəbindən Fransa millisinin qarşıdakı toplanışında iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə milli komandanın məşqçilər korpusu məlumat yayıb. Onun əvəzinə PSJ-nin digər yarımmüdafiəçisi Maqnes Akliuş milli komandaya dəvət olunub. Bundan əvvəl Robin Risser də zədə səbəbindən heyətdən çıxarılıb. Onu Jan Bütez əvəzləyib.

Qeyd edək ki, Emeri “Marsel”lə son oyunda sağ cinah müdafiəçisi mövqeyində çıxış edib. O, beynəlxalq fasilə zamanı yarımmüdafiədə özünü göstərmək şansı qazanacağına ümid edirdi. Fransa millisinin baş məşqçisi Zinəddin Zidan da futbolçunu orta xəttdə oynatmağı planlaşdırırdı. Ancaq zəfə səbəbindən futbolçu yığmanın heyətindən kənarda qalıb.

Xatırladaq ki, Fransa Millətlər Liqasında Türkiyə, Belçika və İtaliya ilə qarşılaşacaq. 


Qarabağ FK
Son xəbərlər
topaz banner