Kilian Mbappe Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidandan danışıb.
QOL.az xəbər verir ki, Fransa millisinin kapitanı yeni çalışdırıcı ilə bağlı xatirəsini bölüşüb. Mbappe bildirib ki, Zidan onun karyerasında hələ yeniyetməlik illərindən mühüm rol oynayıb. O, Zidanın 13-14 yaşında olarkən onu “Real”ın məşq bazasına apardığını xatırlayıb:
“İllər əvvəl o, məni “Real”ın məşq bazasına aparmışdı, 13-14 yaşım var idi. Bu, çox uzun zaman əvvəl baş vermişdi. İndi isə o, mənim milli komandamın baş məşqçisidir. Bu, sanki filmdən bir səhnədir. Amma o, ən yüksək səviyyəli mütəxəssisdir”.
Mbappe yeni məşqçi ilə Fransa millisində fərqli mərhələnin başlayacağını deyib:
“Bu, yeni məşqçi ilə yeni mərhələdir. Hamı üçün yeni təcrübə olacaq. Çünki biz yalnız Deşamla işləmişik. Dəyişiklik olacaq, amma hər şeyin çox yaxşı nəticələnəcəyini düşünürəm”.
Qeyd edək ki, Zidanın Fransa millisində ilk oyunu sentyabrın 25-də Türkiyəyə qarşı olacaq. Fransa daha sonra Belçika və İtaliya ilə qarşılaşacaq.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı