"Azərbaycan millisi reytinqdə bir az yuxarıda olsa da, düşünürəm ki, bunun o qədər də əhəmiyyəti yoxdur. Məncə, zehni, fiziki və taktiki cəhətdən daha yaxşı hazırlıqlı olan komandalar qalib gələcək".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Mİllətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib.
O, Litva mətbuatına müsahibəsində bildirib ki, Azərbaycanın priorotet milli komanda yox, klub futboludur:
"Azərbaycan yerli oyunçu qaydasından imtina etdi və klubları Çempionlar Liqasına çıxdı. Bəs orada nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün hansı tələblər var? Düşünürəm ki, orada prioritet klub futboludur. Görünür, milli komandaya böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Burada milli komandaya qarşı təzyiq, tələblər və gözləntilər daha yüksəkdir. Mənə elə gəlir ki, əsas məqsədimiz yerli oyunçularımız olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır. İnanıram ki, bu, milli komanda, Litva futbolu üçün müsbət təkan olardı".
"Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskasın Azərbaycandakı nailiyyətindən də danşan mütəxəssis onunla söhbət edəcəyini bildirib:
"Əlbəttə, Valdasın nailiyyəti möhtəşəmdir. Bunu oyunçunun elit çempionatda elit komandaya düşməsi ilə müqayisə edərdim. O,hər şeyin real olduğunu, bunun nağıl olmadığını. Bu, bir faktdır. Valdas bunu etdi. Bir daha sübut etdi ki, o, əla mütəxəssisdir. Komandanın gücü vacib olmaya bilər, amma düzgün istiqamətdə işlədikdə, klub rəhbərliyi ilə yaxşı uyğunlaşma olduqda, bu cür məqsədlərə nail olmaq mümkündür. Bəlkə də şəxsi söhbətimiz olacaq, bəlkə də bəzi fikirlərini bildirəcək. O, komandamızı çox dəstəkləyir və yəqin ki, bizim üçün faydalı ola biləcək detalları gizlətməyəcək".
Qeyd edək ki, Azərbaycan millisi Litva yığması ilə UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə qarşılaşacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video