“Şamaxı” klubunun İdarə heyətinin sədri Elçin Usub əvəzedicilər liqasının keçirilməsinə qarşı olduğunu bildirib.
QOL.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində qeyd edib ki, bu liqa onların klubu üçün prioritet deyil:
“Əvəzedicilər liqası bizim üçün prioritet deyil. Ümumiyyətlə, bu çempionatın mahiyyəti nədən ibarətdir? Klublar Komitəsində bu məsələ dəfələrlə müzakirə olunub. Dəfələrlə AFFA-ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadır. Əvəzinə, aşağı liqalara daha ciddi dəstək lazımdır.
Bizim o qədər görüləsi işlərimiz var ki, öz məhdud resurslarımızı buna yönəldə bilmərik. Digər bizim kimi kiçik klublarda da belədir".
Elçin Usub əlavə edib ki, hazırkı şəraitdə əvəzedilər liqası üçün resurs tapmaq onlar üçün çətindir: "Bizim ekosistemdə yerimiz fərqlidir. Məsələn, “Neftçi”nin futbolçusu Rüfət Abbasov əvəzedicilərdən əsas komandaya yüksəldi, amma sonra nə oldu? Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı. Kiçik klublardan gözləntilər böyükdür. Bizim də öz siyasətimiz var. Təbii ki, könül istəyər ki, yaxşı baza, şərait olsun. Şamaxı stadionunda 8 aşağı yaş qrupu və əsas komanda məşq edir. Belə bir şəraitdə, əvəzedicilərə də resurs tapmaq çətindir, bizim prioritetimiz deyil”.
Qeyd edək ki, "Şamaxı" əvəzediclər liqasında 4 oyuna 1 xalla sonuncu - 12-ci yerdədir.
Bizi İnstaqramda izləmək üçün kliklə!
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular