“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı

“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
ÇEMPİONLAR LİQASI 21 Sentyabr 2026 / 19:38 231
-  A +

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi oyunların hamısını stadiondan izləmək mümkündür.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner