“Mançester Yunayted”də itki

“Mançester Yunayted”də itki
DÜNYA FUTBOLU 22 Sentyabr 2026 / 09:45 137
-  A +

“Mançester Yunayted”in hücumçusu Bənjamin Şeşko yenidən zədələnib.

QOL.az “The Athletic”ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın baldır nahiyəsində problem yaranıb. Sloveniyalı futbolçu eyni səbəbdən mövsəmlərarası hazırlıq prosesinin bir hissəsini də buraxmışdı.

Biildiilib ki, Şeşkonun bərpası üçün müəyyən müddətə ehtiyacı var.

“Mançester Yunayted” futbolçunun əlavə müayinələrinin nəticələrini gözləyir. Bundan sonra onun müalicə və bərpa planı müəyyənləşdiriləcək.

Şeşko hazırkı beynəlxalq fasilə zamanı Sloveniya millisinin düşərgəsini tərk edib.

Yeni zədə slovakiyalı futbolçunun yaxın oyunlara hazır olub-olmayacağı ilə bağlı sual yaradıb. “Mançester Yunayted” növbəti matçını oktyabrın 10-da “Tottenhem”ə qarşı keçirəcək. Şeşkonun bərpa müddəti əlavə müayinələrin nəticələrindən sonra dəqiqləşəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner