İspaniya millisi ilə yola davam…

İspaniya millisi ilə yola davam…
DÜNYA FUTBOLU 21 Sentyabr 2026 / 15:33 285
-  A +

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqaviləni uzadıb.

QOL.az RFEF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə yeni müqavilə 2032-ci ilə qədər nəzərdə tutulub.

Federasiyanın açıqlamasında bildirilib ki, De la Fuentenin rəhbərliyi altında İspaniya Millətlər Liqasının, Avropa çempionatının və dünya çempionatının qalibi olub. Komanda həmçinin tarixində ən uzun məğlubiyyətsiz seriyaya imza atıb.

Yeni müqavilənin De la Fuentenin rəhbərliyi altında milli komandada sabitliyin və işin davamlılığının təmin edilməsinə xidmət etdiyi qeyd olunub.

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisinin baş məşqçisidir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner