“Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gozal klubun mətbuat xidmətinə geniş müsahibəsində deyib. O həmçinin bildirib:
Həmçinin oxuyun: “Qarabağ” bir günlük emosialarla idarə olunmur” - Tahir Gozel
“Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işə, qurulan sistemə və bir-birimizə olan inamımızı əsas götürmüşük.
Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik.
Bu gün “Qarabağ” daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu, o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar