Avqustun 27-sidir…
“Qarabağ”ın qara günü.
Klubda kimə bıçaq vursan, qanı çıxmaz.
Bir tərəfdən də sosial media qaynar qazan kimi qaynayır.
Komandanın/klubun üzərinə tənqidlər sel kimi gəlir.
“Qarabağ” “Tvente”yə uduzub. 12 illik Avropa yolçuluğu dayanıb…
Bəs, hər şey bitibmi?
***
Qurban Qurbanov mətbuat konfransında məyusdur, amma qürurlu duruşunu da qoruyur.
“Yaxşı gündə zəif görünmək olar, amma çətin gündə güclü olmalısan…”
Eyni anda Tahir Gözel də medianın qarşısına çıxır. O gərginlikdə də suallara nəzakətlə, təmkinlə, bir rəhbər ağayanalığı ilə cavab verir.
Uğursuzluq olan kimi qaçıb gizlənmir. Amma qaça da bilərdi. Unutmamısınızsa, bizim futboldakı çox rəhbər üçün bu, yad xasiyyət deyil…
Uduzanda yoxa çıxmaq, bir qələbədən sonra isə zühur etmək!
Amma onun deməyə sözü var. Başı dik, alnı da açıqdır.
Həm də…
Çətin günlər bir rəhbərin vəzifəsinin yox, əsl xarakterinin göstəricisidir.
“Qarabağ”ı “Qarabağ” edən həm də belə xarakterlər olub…
***
Geniş müsahibə verib Tahir Gözel klubun saytına. Klubu ilə bağlı narazı tonun hələ qaldığı vaxtda real vəziyyəti daha yaxşı və məntiqlə aydınlada bilib. Necə deyərlər, yerli-yataqlı. Vaxt edə bilsəniz, elə bizim saytda oxuyun. Ən çox da hər şeyə mız qoymaq şakərindən əl çəkməyən “futbol biliciləri” oxusun.
Vacib nə suallar varsa, hamısına bir-bir səbrlə, əhatəli, anlaşılan, yorucu olmayan dildə cavab verib.
Tahir Gözəl transferlərlə bağlı etiraf edir ki, bəli, bizim çox bahalı oyunçu almağa pulumuz var, amma onu alsaq, klubda futbolçular arasında ədalətli rəqabət, maliyyə tarazlığı pozulacaq. Bunun sadə formada izahı odur ki, fərz edək ki, Yankoviç ilinə 1 milyon qazanır, birdən “Qarabağ” o səviyyədə başqa birini gətirib ona 5 milyon verir. Onda Yankoviç əvvəllitək can qoyacaqmı komandaya?
O deyəcək, mənim bundan nəyim əskikdir, niyə az almalıyam…
Bu biri deyəcək, mənim ondan nəyim əskikdir, niyə o məndən çox almalıdır…
Sonda da zərbə komandaya dəyəcək.
Bir anlıq elə çalışdığınız sahədə belə bir halın ola biləcəyini xəyal edin.
Bir də ki, çox bahalı oyunçular, uzağa getməyək, Türkiyə Superıiqasını qoyub Azərbaycan liqasına gələrmi?
Yəqin ki, gəlməz. Heç gəlmirlər də. Səbəbini təkrar-təkrar xırdalamağa lüzum yoxdur.
***
Hə, Tahir Gözel bir mövsümdəki uğursuzluğa görə qaçıb gizlənən klub rəhbərlərindən deyil və olmadı da.
Udanda qələbələri ilə qürurlandığı kimi, uğursuzluğa da özünü şərik edib və edir, məğlubiyyətdə də sinəsini irəli verib və verir, məşqçisini, futbolçusunu, bütün kollektivini tək buraxmayıb və buraxmır.
Elə ona görə daim diqqət mərkəzindədir. Çox vaxt isə hədəfdə. Bəzən haqlı, çox vaxt haqsız…
Bütün “Qarabağ” klubu kimi.
“Qarabağ” isə həm də bu tənqidlərlərə səbr edə-edə böyüyüb.
İndi Allah bizim azarkeşlərə də səbr versin.
12 illik Avropa yolu isə sadəcə dayanıb, amma bitməyib...
Yol uzundur.
Yolunuz açıq olsun!
Aydın Bağırov
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video