Misli Premyer Liqasında növbəti baş məşqçi istefası

Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2026 / 15:45 562
-  A +

"Araz-Naxçıvan" klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Hazırda "Araz-Naxçıvan" 6 oyuna 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu, cari mövsüm Misli Premyer Liqasında ikinci baş məşqçi istefasıdır. Daha öncə "Qəbələ" Kaxaber Sxadadze ilə yolları ayırıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner