Azərbaycanın daha üç cüdoçusu dünya çempionatında medal qazanıb

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatında medal qazanıb
CÜDO 22 Sentyabr 2026 / 00:23 154
-  A +

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.

QOL.az xəbər verir ki, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner