"Arsenal"dan ayrılmaq istəyir

"Arsenal"dan ayrılmaq istəyir
XƏBƏR 22 Sentyabr 2026 / 11:57 243
-  A +

“Arsenal”ın hücumçusu Viktor Qyökereş qış transfer pəncərəsində London klubunu tərk etmək niyyətindədir. 

QOL.az xəbər verir ki, bu haqda “CaughtOffside” jurnalisti Mark Bras məlumat yayıb.

28 yaşlı isveçli futbolçu klubda layiqincə qiymətləndirilmədiyini düşünür. O, əsas heyətdəki yerini itirdiyi üçün “Arsenal”dakı durumundan narazıdır. Viktor cari mövsümdə keçirdiyi 5 oyunda qol vura bilməyib və bu matçların yalnız 2-də start heyətində meydana çıxıb.

Futbolçu karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Onun menecerləri artıq “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad” klubları ilə ilkin danışıqlar aparır.

“Arsenal” hücumçunu satmağa fəal şəkildə çalışmır. Lakin London klubu yanvarda ulduz hücumçu transfer edərsə, Qyökereşi satmaq variantını nəzərdən keçirə bilər.

Qyökereş ötən mövsüm bütün turnirlərdə 21 qol vurub. O, “Arsenal”ın Premyer Liqada çempion olmasına və Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner