Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı

Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
DÜNYA FUTBOLU 21 Sentyabr 2026 / 18:08 118
-  A +

Qranit Xaka İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

QOL.az xəbər verir ki, buna futbolçunun COVID-19-a qarşı peyvənd sertifikatını saxtalaşdırması ilə bağlı etirafı səbəb olub.

Bununla da, “Sanderlend”in futbolçusu Millətlər Liqasında Şimali Makedoniya, Şotlandiya və Sloveniya ilə keçiriləcək oyunlarda komandasına kömək etməyəcək.

İsveçrə Futbol İttifaqının prezidenti Peter Knebeli 33 yaşlı yarımmüdafiəçinin məsuliyyəti üzərinə götürmək və məsələ ilə bağlı ictimaiyyət qarşısında açıqlama vermək niyyətində olduğunu bildirib:

“Onun bu addımını alqışlayırıq. Ümumi razılığa gəldik ki, komandanın maraqları baxımdan qarşıdakı toplanışı onsuz keçirmək daha məqsədəuyğundur. Hazırda əsas məqsəd vəziyyəti sakitləşdirmək və diqqəti komandaya, eləcə də qarşıdakı vəzifələrə yönəltməkdir. Bu oyunlardan sonra Qranitlə birlikdə vəziyyəti yenidən qiymətləndirəcək və gələcək addımları müzakirə edəcəyik”.


Qarabağ FK
Son xəbərlər
topaz banner