Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray” - “Çelsi” oyunu bu il fevralın 26-sı, Xocalı soyqırımının 22-ci ildönümü gününə təsadüf edir. Bu səbəbdən bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları UEFA-ya və “Qalatasaray” klubuna müraciət ünvanlayaraq soyqırım qurbanlarının xatirəsini anmaq üçün İstanbul təmsilçisinin futbolçularının meydana qara sarğı ilə çıxmasını, qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükutla yad olunmasını təklif ediblər.
Təbii, bu təşəbbüs müsbət qiymətləndirilməlidir və buna qətiyyən kölgə salmaq olmaz. Amma gəlin görək, Çempionlar Liqası kimi mühüm bir oyunda belə bir aksiyanın baş tutması mümkündürmü? Söhbət heç də hansısa ikili standartdan və ya beynəlxalq təşkilatların bizi istəyib-istəməməsindən getmir.
Məsələ burasındadır ki, bu müraciət qitənin ali futbol qurumuna göndərilməzdən əvvəl, görünür, bilməyərəkdən bir mühüm məqam nəzərə alınmayıb.
FİFA və UEFA (ümumiyyətlə, çəkisi və nüfuzu yüksək olan idman qurumları) istənilən dövlətlər arasındakı siyasi münasibətlərin futbol meydanlarına çıxarılmasını tamamilə qadağan edir. Bu mənada, hazırda mediada və sosial şəbəkələrdə “Qalatasaray” - “Çelsi” matçından əvvəl Xocalı ilə bağlı aparılan kampaniyanın baş tutmayacağını əminliklə söyləmək olar. Hələ soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması bir kənara, hətta İstanbul klubunun oyunçuları istəsə belə, oyuna qara sarğı ilə çıxa bilməzlər. Əvvəla, matça təyinat alan UEFA nümayəndəsi, hətta azərbaycanlı olsa belə, bu aksiyaya icazə verməz. Çünki bu kimi təşəbbüs və tədbirlər FİFA və UEFA-nın nizamnaməsinə ziddir. Deyək ki, klub Azərbaycana qardaş münasibətə görə özü buna təkidlə cəhd edir, bu halda da hüquqi qaydalar UEFA-nın tərəfindədir. Bu qurumun nümayəndəsinin səlahiyyəti o qədər genişdir ki, oyunun keçirilməsini qadağan edə də bilər.
Əgər FİFA və UEFA bu kimi siyasi aksiyalara icazə versəydi, təsəvvür edin, az qala bütün matçlardan əvvəl idman arenaları yasa bürünərdi. Avropada dövlətlərarası münaqişələr zamanı faciə ilə üzləşən tək biz deyilik ki...
Düzdür, beynəlxalq oyunlarda matçlardan əvvəl faciə qurbanlarının və ya hansısa mühüm bir şəxsin vəfatı ilə bağlı bir dəqiqəlik sükut aksiyasına rast gəlinir. Amma bu, qonşu dövlətlərlə gərgin siyasi münasibətlər səbəbindən baş verməyən hadisəyə görə olur. Yəni qeyri-müharibə şəraitində - ölkə daxilində təbii fəlakət, təyyarə qəzası, kütləvi ölümlə nəticələnən digər faciələr, eləcə də futbol, idman və öz dövləti qarşısında xidmətləri olan şəxsin vəfatına görə UEFA humanizm prinsipindən çıxış edərək dünyasını dəyişən insanların xatirəsinin anılmasına icazə verir.
Yeri gəlmişkən, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlum kampaniya ilə bağlı modern.az saytına açıqlamasında bildirir ki, onlar bu məsələ ilə bağlı iş görürlər. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) yumşaq iradla deyir ki, gərək onlar da bununla məşğul olsunlar. Əslində isə AFFA-nın bu kampaniyaya qoşulmaması normal və məntiqlidir. Çünki bizim federasiya da bu məsələdə gücsüzdür. “Qalatasaray” – “Çelsi” oyununda Xocalı aksiyası o zaman baş tuta bilər ki, möcüzə baş verir, günü bu gün FİFA və UEFA Konqresi təcili çağırılır, həmin tədbirdə də hər iki qurum öz nizamnaməsində bununla bağlı bəndi ləğv edir. Təəssüf ki, bu məsələdə hər şey bizim istəyimiz və hisslərimizlə həll olunmur.
Sonda, yeri gəlmişkən bir məqama toxunum. Ötən il iyulun 23-də, Çempionlar Liqasının təsnifat mərhələsində, avropalıların gözündən və qulağından uzaqda olan “Skenderbeu” (Albaniya) – “Neftçi” matçından əvvəl Azərbaycan təmsilçisi Ağdam işğalının ildönümünü bir dəqiqəlik sükutla anmağa nail ola bilmişdi. Sonra məlum oldu ki, oyunun UEFA-dan olan nümayəndəsi özbaşına hərəkət edib, “Neftçi”nin bu ideyası ilə bağlı təmsil etdiyi qurumu məlumatlandırmayıb. Adı yadımda deyil, bu hərəkəti səbəbindən UEFA həmin komissara ağır cəza verərək onu beynəlxalq yarışlardan birdəfəlik uzaqlaşdırdı.
Bu faktı ona görə xatırlatdım ki, bu gün “Neftçi” ilə bağlı müqayisə aparıb sadəlövhcəsinə eyni hadisənin “Qalatasaray” – “Çelsi” matçında təkrar olacağını düşünənlər də var. Amma görünür, bir şeyi - İstanbuldakı oyunun əhəmiyyətini və miqyasını, tribunalarda və televiziya qarşısında əyləşəcək insanlar da daxil olmaqla matçın yüzmilyonlarla azarkeşin gözü qarşısında oynanılacağını unuduruq. Və nəhayət, UEFA əlbəttə ki, Türkiyədəki görüşə kənddə-kəsəkdə, stadionda üç-beş azarkeşin baxdığı “Skenderbeu” – “Neftçi” görüşünün nümayəndəsini yox, Çempionlar Liqasının çox vacib oyunlarına nəzərət edən komissarı göndərəcək.
Aydın BAĞIROV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu