"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı

"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2026 / 12:24 187
-  A +

Misli Premyer Liqasının 6-cı turunun “Sabah”la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Luis Silvestrin cəzası açıqlanıb.

QOL.az xəbər verir ki, AFFA İntimzam Komitəsinin bu gün keçirilən iclasında sonra braziliyalı futboolçuya 4 oyunluq cəza verildiyi bəlli olub. "İmişli" isə 10 min manat cərimə olunub. 

Sentyabrın 19-da keçirilən “Sabah” – “İmişli” matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu daha 700 manat cərimə edilib. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner