Klopp millidə sərt intizam qaydaları tətbiq etdi

Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
DÜNYA FUTBOLU 23 Sentyabr 2026 / 12:05 424
-  A +

Yurgen Klopp Almaniya millisində baş məşqçi kimi fəaliyyətinə başlayarkən komandada bir sıra yeni qaydalar tətbiq edib.

QOL.az xəbər verir ki, yerli KİV yeni məşqçilər heyətinin gəlişindən sonra “Bundestim”in düşərgəsində tətbiq olunan yenilikləri açıqlayıb.

İlk dəyişiklik punktuallıqla bağlıdır. Yulian Naqelsmannın dönəmində futbolçular oteldə axşam yeməyinə saat 19:00-dan və ya 20:00-dan başlayaraq istənilən vaxt gedə bilirdilər. İndi isə bütün oyunçular müəyyən edilmiş vaxtda – saat 19:00 və ya 20:00-da yeməkdə olmalıdırlar. Məşqçilər bununla axşam yeməyinin futbolçuların ünsiyyət qurması və fikir mübadiləsi aparması üçün fürsətə çevrilməsini istəyirlər.

İkinci yenilik matçlardan əvvəl mobil telefonların istifadəsinə qadağa qoyulmasıdır. Oyunöncəsi isinmə və hazırlıq zamanı, trenajor zalında məşq edərkən və ya masaj zamanı futbolçular diqqətlərini oyuna yönəltməli və komanda yoldaşları ilə ünsiyyətdə olmalıdırlar.

Üçüncü qaydaya əsasən, komandanın otelində saç kəsdirmək qadağan edilib. Futbolçulardan milli komandanın düşərgəsinə gəlməzdən əvvəl xarici görünüşlərinə diqqət yetirmələri tələb olunur.

Bundan başqa, futbolçuların milli komandanın düşərgəsində ailə üzvləri tərəfindən ziyarət olunmasına da qadağa qoyulub. Buna yalnız böyük turnirlər zamanı ayrı-ayrı hallarda icazə veriləcək.

Almaniya millisi sentyabrın 24-də Niderland, sentyabrın 27-də və oktyabrın 4-də Yunanıstan, oktyabrın 1-də isə Serbiya ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner