"Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov təyinatı və komanda ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis futbolçuların bir qismini tanıdğını bildirib:
“Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var.
Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Təbii ki, bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsilçisi var.
“Araz-Naxçıvan”a gəldikdə, “İmişli” ilə oyun istisna olmaqla qalan matçlarını izləmişəm. Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm. İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqimizə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə, bizə sonra qoşulacaqlar. İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır.
Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var”.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq