Xavi Niderland himnini öyrənəcəyinə söz verdi

Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
DÜNYA FUTBOLU 23 Sentyabr 2026 / 11:33 322
-  A +

Niderland millisinin yeni baş məşqçisi Xavi bu ölkənin himnini öyrənəcəyinə söz verib.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə “Sport.es"ə açıqlamasında danışıb.

“Milli himni öyrənməyə çalışacağam. Onun tarixini bilirəm, amma mənə vaxt lazımdır” - deyə Xavi bildirib.

Qeyd edək ki, Xavi avqustun 12-də Niderland millisinin baş məşqçisi təyin olunub. 2021-2024-cü illərdə “Barselona”nı çalışdıran mütəxəssis komanda ilə İspaniya çempionu və Superkubokun qalibi olub. Bundan əvvəl isə Qətərin “Əl-Sədd” klubunda işləyib.

Niderland millisi qarşıdakı beynəlxalq fasilədə Almaniya (24 sentyabr), Yunanıstan (1 oktyabr) və Serbiya (27 sentyabr, 4 oktyabr) ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner