Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bugünkü açıqlamasında deyib: “Birlik kuboku”nun yenidən keçirilməsi üçün azərbaycanlı həmkarlarımızdan yaxşı təklif almışıq”.
Həmkar deyəndə, yəqin AFFA nəzərdə tutulur. Mətləbi çox uzatmadan deyim ki, AFFA-nın futbolumuzun inkişafı naminə bu cür orijinal, yaxşı ideyalarına biz yaxın tariximizdə tez-tez rast gəlmişik...
O yaxşı ideyalardan birini, təkcə birini yada salaq...
Azərbaycan futbolunun inkişafı üçün AFFA Almaniyada, səhv oxumadız, Almaniyada (Bakıda, Naxçıvanda, Sumqayıtda, Ağcabədidə yox a, məhz Almaniyada!) futbol məktəbi açmışdı. Guya bizim orda yaşayan azərbaycanlı uşaqları bu məktəbə cəlb edəcəkdilər. İdeyası da, deyilənə görə, qurumun vitse prezidenti Rauf Əliyevə məxsus idi. Yalan-gerçək, bu layihəyə 900 min dollara qədər pul xərcləndiyi də iddia edilirdi.
Nəticə? O məktəb bağlanıb getdi, təbii ki...
Almaniyadan bir nəfər də azərbaycanlı futbolçu tapılmadan! Amma əsas odu ki, Almaniyada olmasa da, AFFA az qala hər ay Dağıstandan neçə adam (futbolçu yox!) gətirib doldurdu milli komandalarımıza...
Onlardan biri Arif Daşdəmirovdur... Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyan son iki vacib oyunda komandalarını böyrü üstə qoyan Arif Daşdəmirov! Millinin Şimali İrlandiyaya 0:4, “Qarabağ”ın “Slovan”a 0:3 hesablı məğlubiyyətlərini unutmamışıq... O qədər saysıs-hesabsız səhvi, bəlkə də Rövnəq müəllim özü meydana çıxıb oynasaydı, buraxmazdı....
Milli komandalarımıza çox “Ariflər” bəxş edib AFFA...
Buranı yarıtdılar guya, indi də keçiblər MDB-ni düzəltməyə... “Birlik kuboku”nun bərpası üçün təklif verirlər.
Yəqin, yadınızda olar o turnir... Son illər Avropa futbol tarixinə düşmüş ən nüfuzsuz yarışlardan biri idi. Ruslar özləri təsis etmişdilər, gördülər, səviyyə-filan qalmayıb, ləğv elədilər, getdi... Amma zamanında hörməti vardı. Hətta 1998-ci ildə, gələcəyin böyük futbolçusu olacaq Andrey Şevçenko oynamışdı bu turnirdə (eks idman şərhçimiz Altay Əliyevi burdan salamlayıram, ilk dəfə Şevadan müsahibəni Azərbaycan mətbuatı, özəl olaraq, bizim “525-ci qəzet” üçün o almışdı və məhz “Birlik kuboku”nda).
1993-cü ildən ta 2002-ci ilə qədər turnirin yalnız iki qalibi olurdu: ya Moskva “Sparak”ı , ya da Kiyev “Dinamo”su... Sonra həm normal rəqiblərin yoxluğundan, həm də mükafat fondu aşağı olduğundan Rusiya və Ukrayna çempionları yarışa bəzən 2, bəzən də 3-cü komandalarını göndərdilər.
Elə o vaxtdan zayı çıxdı turnirin. O dərəcədə çıxdı ki, sizə bir az gülməli görünəcək, indiyədək turnirdə autsayderlərdən olan Azərbaycan “Birlik kuboku”nun hegemonlarından birinə döndü. Düz 3 dəfə bizim klublar (“Neftçi”, “Xəzər Lənkəran” və “İnter”) yarışda birinci yeti tutdular. O aralıqda (2003-2011) heç ruslar özü bu qədər qalib ola bilmədilər.
Mutkonun vecinə deyil o turnir, amma bizimkilərin vecinədi... Yəqin bir az (bir az?) pul xərcləyib turniri bərpa etmək istəyir AFFA. Sayəmizdə neçə-neçə komanda oynaya bilər orda...
Almaniyadan sonra, indi də olmayan “Birlik kuboku”nda Azərbaycana yeni futbolçu "qazandırmaq" eşqinə düşüb...
...Futbolumuzun məbədi olan Gəncədə isə stadionun qazonunu dəyişməyə “pul tapmır” AFFA!
Aydın BAĞIROV
aydinbağ[email protected]
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib
Alan Şirer qəza keçirdi
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
Almaniya millisində debüt etdi
Almaniya, Niderland və İspaniyadan qələbə
Azərbaycan millisinin vurduğu 6 qol- Video
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti