Ozan Can Kökcü Hollandiya futbolunun yetirməsidi. “Feyenoord”da (aşağı yaş qrupu) oynayanda AFFA-dakılar ona yaxşı pul verib U-21 millimizə cəlb etdilər. 20 yaşlı bu hücumçu 3 ya 4 rəsmi oyunda meydana çıxdı. Amma komandamıza bir qolluq xeyri dəymədi.
Onun ətrafındakı hiyləgər menecerlər isə işlərini yaxşı qurdu. Süni təbliğat apardılar ki, guya bu gün-sabah İngiltərənin Premyer Liqa komandaları Ozanı transfer edəcəklər. Belə axmaq xəbərlərə də ən tez uyan elə bizim futbol idarəçiləri ağlında olan qardaş türklər oldu. Bir də gördük Ozanın səsi İngiltərənin “Everton”undan yox, Türkiyənin “Bursaspor”undan gəlir. Və “Bursaspor”a keçəndən sonra Ozanın əsl niyyəti üzə çıxdı. Bu da təbiidi. Onsuz da onun ilk gündən hədəfi birbaşa qan bağlılığı olduğu Türkiyənin millisində oynamaq idi. Həm də bu halda Ozan “Bursporda”da legioner sayılmayacaqdı. Sadəcə, bizimkilərin verdiyi pul ilk əvvəl Ozanı şirnikləndirmişdi. “Bursaspor”a keçəndən sonra isə, türklər demiş, dengələr dəyişdi. Və bir gün Ozan Can Azərbaycan millisindən imtina etdiyini dedi: “Milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı”.
Yəni mən sizinlə deyiləm, sizdən biri deyiləm. Səmimi, içində heç bir hiylə gizlənməyən açıqlama.
Ozan bu açıqlamanı verəndə 2017-nin sentyabr ayı idi. Lakin qəfil nə oldusa, “Bursaspor” martda aldığı futbolçunu 5-6 ay sonra Hollandiyaya – ikinci liqada yarışan "Valveyk"ə icarəyə göndərdi. Və... məhz elə bu anda Türkiyə superliqasında (həm də Türkiyə millisində) oynamaq ümidləri azalan, ya da puç olan Ozan Canın Azərbaycan “sevgisi” baş qaldırdı. Yanvarın 2-də onun mətbuatda belə bir fikirləri peydə oldu: “Mən gəncəm və bəzən hədsiz emosiyalar yalnış qərar verməyimə səbəb olur. Bunu boynuma alıram. Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm”.
Nə qədər qeyri-səmimi, saxta bir açıqlama.
Amma işin ən təəccüblü tərəfi bu deyil, təbii ki. Odur ki, bu müsahibənin yayımlandığı tarixdən cəmi 3 gün sonra Ozan Can yenidən milliyə dəvət alır! Və ona dəvəti Rəşad Sadıqov göndərir. Bütün futbolçu karyerası boyu Azərbaycan futboluna şərəflə, ləyaqətlə, heç bir maddi qarşılıq güdmədən təmənnasız xidmət edən adam. U-21-in yeni baş məşqçisi.
İşinə AFFA müdaxiləmi edib, menecer mafiyası Rəşadıdamı inandırıb, yoxsa həqiqətən Sadıqova səmimi şəkildə elə gəlir ki, bu ölkəyə sırf pula görə gələn, öz şəxsi marağını üstün tutub bizə arxa çevirən, dara düşəndə isə yenidən bizə yarınan Ozan Can kimilər qəfil çönüb olub mələk?
Etmə belə, Rəşad. O komanda, o milli həm də bu vətənə səmimi bağlı olanların yeridi. Sənin və sənin kimilərinin yeridi.
Sən ona görə ordasan. Sənə ona görə inanırlar. Həm də bu ölkəyə pul mənbəyi kimi baxanların, bu komandaya saxta hisslərlə özünü pərçim etmək istəyənlərin qarşısını almaq üçün.
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada